DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Estoniya paytaxtında azərbaycanlı rəssamın fərdi sərgisi təqdim olunub

Estoniya paytaxtında azərbaycanlı rəssamın fərdi sərgisi təqdim olunub
REKLAM ALANI
23.09.2023
A+
A-

 

 

 

Estoniya paytaxtında azərbaycanlı rəssamın fərdi sərgisi təqdim olunub

, 2023

 

 

 

Estoniya paytaxtında azərbaycanlı rəssamın fərdi sərgisi təqdim olunub

Tallinn şəhərindəki Dizayn və Memarlıq Qalereyasında tanınmış azərbaycanlı rəssam Rövşən Nurun əsərlərindən ibarət sərgi açılıb.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində baş tutan sərginin açılış mərasimində rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, Estoniyada yaşayan etnik azlıqların nümayəndələri iştirak ediblər.

 

 

 

 

Sərgidə rəssamın “Tarix” mövzusunda Estoniya və Azərbaycanda yaratdığı 100-ə yaxın əsər nümayiş etdirilib. Azərbaycan xalçaçılıq sənətinin müxtəlif nümunələrinin rəngarəng gözəlliyini əks etdirən əsərlər milli mədəniyyətimiz və incəsənətimizin özünəməxsus dərinliklərinə nüfuz etməyə unikal imkan yaradıb.

Mərasim iştirakçılarını salamlayan Rövşən Nur bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi sayəsində yayda Azərbaycana səfər edib: “Bakı və Naxçıvanda oldum, oralarda çoxlu rəsmlər çəkdim. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş portret yaratdım. Bu portret də sərgimizi bəzəyir”.

 

 

 

Tədbirin bədii hissəsində qonaqlara milli musiqi və rəqslərimiz, həmçinin Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib. Sentyabrın sonunadək davam edəcək sərgidə ziyarətçilər xalçatoxuma və naxışların rəsmi üzrə ustad dərslərində də iştirak edə biləcəklər.

 

 

 

Qeyd edək ki, azərbaycanlı rəssamın digər sərgisi Milli Mədəniyyətlər Günü ilə əlaqədar Tallinnin “Baron” hotelində nümayiş etdirilib. Sentyabrın 24-dək davam edəcək bu sərgidə də Azərbaycanın milli xalçaları nümayiş etdirilir, xalçaçılıq üzrə ustad dərslərinin təşkili nəzərdə tutulur.

 

 

 

 

 

Xatırladaq ki, Rövşən Nur iyirmi ildən çoxdur Estoniyada yaşayır. Çoxlu sayda beynəlxalq və yerli sərgilərin iştirakçısı olan rəssam öz yaradıcılığı ilə Estoniya sənətsevərlərinin rəğbətini qazanıb. Onun mütəmadi sərgiləri və digər tədbirləri vasitəsilə eston ictimaiyyəti Azərbaycanın mədəniyyəti, incəsənəti və adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edir.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/estoniya-paytaxtinda-azerbaycanli-ressamin-ferdi-sergisi-teqdim-olunub-3546

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.