Azərbaycanlılar Varşavada multikultural tədbirdə iştirak edib
Azərbaycanlılar Varşavada multikultural tədbirdə iştirak edib
, 2024
Azərbaycanlılar Varşavada multikultural tədbirdə iştirak edib
Azərbaycanlılar Varşavada multikultural tədbirdə iştirak edib
📎 https://t.co/dTuAGoNbIf pic.twitter.com/3boOy1p71Y— Azerbaijani Diaspora (@DiasporaAz) May 21, 2024
Varşava Universitetində xarici tələbələr arasında “Cultural Hotspot” adlı multikultural tədbir keçirilib. Azərbaycanlı tələbələr də tədbirə qatılaraq vətənimizi təmsil ediblər.
20-dən çox ölkədən gələn tələbələrin milli mədəniyyət nümunələrini nümayiş etdirdiyi tədbirdə Nabat Allahverdiyeva, Cavidan Quliyev və Dilşad Həsənova fəallıqları ilə seçiliblər. Tədbirin təşkilatçılığında Polşa Azərbaycanlıları Şurasının idarə heyəti üzvləri Şamo Qubadov və Tuncay Novruzzadə xüsusi rol oynayıblar.
Azərbaycan guşəsində “Azerbaijan Kitchen”, “Caspi Sweets”, “Kuchnia Pani Domu” və “Vafa Chef” tərəfindən təqdim olunan, milli mətbəximizə məxsus 3 növ şirniyyat, 4 növ yemək, yerli nar suyu, Azərbaycan çayı və s. qonaqlara təklif edilib.
Həmçinin, Polşa Azərbaycanlıları Şurası tərəfindən təmin olunmuş milli atributlar, geyimlər, foto albomlar, toxunma xalça və çanta nümunələri kimi eksponatları ziyarətçilər maraqla qarsalayıblar. Onlar Azərbaycan guşəsinin digərlərindən daha dolu və rəngarəng göründüyünü söyləyiblər.
Polşa Azərbaycanlıları Şurası Mədəniyyət Mərkəzinin rəhbəri Fərid Abdullayev gitara ilə “Sarı gəlin” və bir neçə milli musiqilərimizi ifa edib.
FOTO QALEREYA
Azərbaycanlılar Varşavada multikultural tədbirdə iştirak edib
📎 https://t.co/dTuAGoNbIf pic.twitter.com/3boOy1p71Y— Azerbaijani Diaspora (@DiasporaAz) May 21, 2024
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanlilar-varsavada-multikultural-tedbirde-istirak-edib-4706