DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Moskva vilayətində Müslüm Maqomayevə həsr olunmuş “XX əsrin orfeyi” adlı musiqili gecə keçirilib

Moskva vilayətində Müslüm Maqomayevə həsr olunmuş “XX əsrin orfeyi” adlı musiqili gecə keçirilib
REKLAM ALANI
04.11.2022
A+
A-

 

 

Moskva vilayətində Müslüm Maqomayevə həsr olunmuş “XX əsrin orfeyi” adlı musiqili gecə keçirilib

 

Moskva vilayətində Müslüm Maqomayevə həsr olunmuş “XX əsrin orfeyi” adlı musiqili gecə keçirilib

Rusiyanın Moskva vilayətində Azərbaycanın görkəmli sənətkarı, əfsanəvi müğənni-bəstəkar Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə “XX əsrin orfeyi” adlı musiqili gecə keçirilib.

 

Tədbir “Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional və yerli təşkilatının təşəbbüsü və təşkilatçılığı, Moskva vilayəti hökumətinin və Lenin şəhər dairəsi administrasiyasının dəstəyi ilə baş tutub.

 

“Vidnoye” Mədəniyyət Evində gerçəkləşdirilən musiqili gecə Müslüm Maqomayevin həyat və yaradıcılığını əks etdirən video-çarxın nümayiş etdirilməsi ilə başlayıb.

 

Konsert öncəsi çıxış edən Moskva vilayətinin İnformasiya və Sosial Kommunikasiyalar Nazirliyinin şöbə müdiri Vitali Zamaraxin, Lenin dairəsi administrasiyası başçısının müavini Tatyana Kvasnikova, başçının müşaviri Moisey Şamailov, “Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional təşkilatının sədri Elşən İbrahimov və “Lenin şəhər dairəsi azərbaycanlılarının milli-mədəni muxtariyyəti” yerli təşkilatının sədri Məmməd Məmmədov unudulmaz sənətkarın Azərbaycan və Rusiya mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıblar, onun mədəni irsinin əbədi yaşayacağını nəzərə çatdırıblar.

 

Tədbirin bədii hissəsi Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə açılıb. Konsertdə beynəlxalq müsabiqələr laureatları Ramazan Ramazanov, Mansur Salixov, Olqa Leman-Balaşova və başqaları Müslüm Maqomayevin repertuarından mahnıları ifa ediblər. Konsertdə “Qarabağ” və “Ulduz valsı” rəqs ansamblları da iştirak ediblər.

 

Tədbir çərçivəsində Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunmuş sərgi təşkil edilib.

FOTO QALEREYA

 

Resim

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

Kaynak:http://diaspor.gov.az/az/news-detail/moskva-vilayetinde-muslum-maqomayeve-hesr-olunmus-xx-esrin-orfeyi-adli-musiqili-gece-kecirilib-1825

 

 

 

REKLAM ALANI