DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Yaponiyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib

Yaponiyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib
MOBİL REKLAM ALANI
11.06.2024
A+
A-

Yaponiyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib

, 2024

Yaponiyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib

 

 

 

 

Tokio şəhərində Yaponiyada yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

Azərbaycan və Yaponiyanın Dövlət himnləri ilə başlayan tədbirdə ölkəmizin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Giriş nitqi ilə çıxış edən Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gursel İsmayılzadə görüş iştirakçılarını salamlayaraq, bu ölkədə yaşayan Azərbaycan icmasının bir araya gəlməsinin əlamətdar hadisə olduğunu bildirib. Qeyd edib ki, həm Dövlət Komitəsi, həm də səfirlik hər zaman soydaşlarımızı dinləməyə və onları maraqlandıran sualları cavablandırmağa hazırdır.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər Vətən müharibəsindən sonra Azərbaycan diasporu qarşısında yeni hədəflərin dayandığını, bu toplantının həmin hədəflərə çatmaq yolunda mühüm addım olduğunu vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti, gerçəkləşdirilən irihəcmli layihələr, o cümlədən Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri, komitənin xarici ölkələrdə təşkil etdiyi ixtisaslaşmış forumlar və s. haqqında ətraflı məlumat verib. Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladan komitə sədri dünya azərbaycanlılarının, o cümlədən Yaponiyadakı icmamızın azərbaycançılıq ideologiyasına sadiq qaldıqlarını, Azərbaycan həqiqətlərinin təbliğində fəal iştirak etdiklərini qeyd edib. Çıxışının sonunda diaspor fəaliyyətində xidmətlərinə görə Xəlil Kələntərə və Minarə Şükürovaya təşəkkürnamələr təqdim edib.

Görüş icma üzvlərini maraqlandıran sualların cavablandırılması və gələcək planlar haqqında fikir mübadiləsinin aparılması ilə başa çatıb.

FOTO QALEREYA

 

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/yaponiyada-yasayan-azerbaycan-icmasi-ile-gorus-kecirilib-4831

 

MOBİL REKLAM ALANI