DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Birləşmiş Krallıqdakı icmamız “Amnesty International UK” təşkilatını müstəqil araşdırma aparmağa və təcili hərəkətə keçməyə çağırıb

Birləşmiş Krallıqdakı icmamız “Amnesty International UK” təşkilatını müstəqil araşdırma aparmağa və təcili hərəkətə keçməyə çağırıb
REKLAM ALANI
28.08.2023
A+
A-

 

 

 

Birləşmiş Krallıqdakı icmamız “Amnesty International UK” təşkilatını müstəqil araşdırma aparmağa və təcili hərəkətə keçməyə çağırıb

, 2023

 

 

Birləşmiş Krallıqdakı icmamız “Amnesty International UK” təşkilatını müstəqil araşdırma aparmağa və təcili hərəkətə keçməyə çağırıb

 

 

Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası (CCAUK) Azərbaycanın Qarabağ regionu ətrafındakı narrativlərin müstəqil araşdırılması və kritik narahatlıqların aradan qaldırılması məqsədilə “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatına müraciət edib.

 

 

 

 

 

CCAUK adından “Amnesty International UK” təşkilatının daimi icraçı direktoru Saşa Deşmuka (Sacha Deshmukh) ünvanlanmış müraciətlərdə bildirilib ki, Azərbaycan əsilli britaniyalılar Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirirlər.

 

 

 

2020-ci ildə baş vermiş müharibədən sonrakı aktual problemlərin həll olunmamasına, Ermənistanın 30 illik işğal illərində və post-müharibə dövründə ölkəmizə qarşı törətdiyi hərbi və ekoloji cinayətlərə, Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalar nəticəsində bu günədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbi qulluqçusunun həlak olmasına və yaralanmasına diqqət cəlb edilib.

Ermənistan tərəfinin dəqiq mina xəritələrini Bakıya verməməsinin kobud qanun pozuntusu olması, Qarabağdakı qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edilməsi, 60 min hektardan çox meşə sahəsinin talan edilməsi, çaylarımızın çirkləndirilməsi, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə Konvensiyasına zidd olması, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qalması xüsusilə vurğulanıb.

 

 

 

Regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquq normlarına uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu bir daha nəzərə çatdırılıb.

CCAUK bu kritik və önəmli mərhələdə “Anmesty International UK” beynəlxalq təşkilatını erməni yalanlarına inanmamağa, regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması naminə Ermənistanın hərbi və ekoloji cinayətlərini ədalətli şəkildə araşdırmağa və təcili hərəkətə keçməyə çağırıb.

 

 

 

Qeyd edək ki, bu müraciətlər Londonda keçirilmiş etiraz aksiyası zamanı “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının ofisinə təqdim edilib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/birlesmis-kralliqdaki-icmamiz-amnesty-international-uk-teskilatini-musteqil-arasdirma-aparmaga-ve-tecili-herekete-kecmeye-cagirib-3405

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.