DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Dubay – Röyal Piriyev: “Ölkə rəhbərliyinə, Diaspora komitəsinə təşəkkür edir, Novruz bayramında ən xoş arzularımı yetirirəm” – FOTO – ÖZƏL

Dubay – Röyal Piriyev: “Ölkə rəhbərliyinə, Diaspora komitəsinə təşəkkür edir, Novruz bayramında ən xoş arzularımı yetirirəm” – FOTO – ÖZƏL
REKLAM ALANI
20.03.2022
A+
A-

Dubay – Röyal Piriyev: “Ölkə rəhbərliyinə, Diaspora komitəsinə təşəkkür edir, Novruz bayramında ən xoş arzularımı yetirirəm” – FOTO – ÖZƏL

Açıklama yok.
1453 Kral Medya Haber Ajansına – Dubaydan verilən məlumata görə, 19 mart, 2022-ci il tarixdə Azərbaycan Respublikası Diaspora ilə İş Üzrə Dövlət Komitəsi BƏƏ-dəki soydaşlarımızla Dubay EXPO-da və Sofitel Luxury Hoteldə Novruz bayramını təntənəli şəkildə qeyd edib.

Tədbirdə Komitə Sədri Fuad Muradov, I müavin Valeh Hacıyev, Dubaydakı diaspora işçiləri, bu ölkədə yaşayan diaspora üzvləri iştirak ediblər.

Açıklama yok.

Dubayda yaşayan Diaspora fəalı Röyal Piriyevin 1453Kral Medya Haber Ajansı’na göndərdiyi təəssüratını təqdim edirik:

“Novruz” Bahar bayramı dövlət müstəqilliyimizin nailiyyəti olaraq rəsmi statuslu əsl ümumxalq bayramı səviyyəsində ölkəmizin bütün guşələrində eyni zamanda Azərbaycan Respublikası Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə dünyanın dörd bir yanında qeyd edilir.

Açıklama yok.

Bəli, bugün əziz Diaspora Sədri Fuad Muradov başda olmaqla, I müavin Valeh Hacıyev, Şöbə rəisi Fuad Kərimov, Diaspora üzrə koordinator Vəfa xanım Hüseynova və bütün Komitə biz Azərbaycanlıları Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yalnız buraxmadı.

Açıklama yok.

Əziz həmvətənlərim, hər birinizi ayrı-ayrılıqda Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı və xoş əhval-ruhiyyə arzu edirəm.

Bəli, çox hörmətli I Vitse-prezidentimiz Mehriban xanım Əliyevanın fədakar əməyi sayəsində, YUNESKO tərəfindən Azərbaycan xalqının milli bayramı kimi bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilmiş Novruz bayramı, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən gözəl nümunələrindən biridir.

44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin mahir sərkərdəliyi ilə düşmən üzərində qazandığı tarixi Zəfərdən sonra xalqımız bu bayramı daha möhtəşəm, alnı-açıq və böyük sevinc hissi ilə keçirir.

Açıklama yok.
Eləcə də, biz xaricdə yaşayan azərbaycanlılar fəxr edirik hər zaman: Müzəffər Ali Baş Komandanımızla! Rəşadətli Ordumuzla! Qəhrəman Xalqımızla!

Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

“Azərbaycan”. Bəli, bu ad “Vətəndir”. Sənin, mənim və gələcək nəsillərin!

 

Bəli, Qloballaşma dalğasının geniş vüsət aldığı və dünyanı sürətli dəyişikliklərə məruz qoyduğu bir vaxtda o, tükənməz mənəvi gücü sayəsində dini-mənəvi dəyərlərimizə, tarixi-mədəni irsimizə bağlılığımızın təntənəsinə çevrilmiş bu bayramda torpaqlarımızın müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə bayram təbriklərimi yetirirəm…

Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladların unudulmaz xatirəsini ehtiramla yad edir, onların ruhları qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaxınlarına möhkəm səbr diləyirəm.

Açıklama yok.

REKLAM ALANI