DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyi Sürixdə qeyd edilib

Görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyi Sürixdə qeyd edilib
REKLAM ALANI
07.03.2023
A+
A-

 

 

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyi Sürixdə qeyd edilib

, 2023
Görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyi Sürixdə qeyd edilib
İsveçrənin Sürix şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə “Xəzərdən Egeyə – unudulmayan əsərlər” adlı konsert proqramı təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveçrə Azərbaycanlıları Dostluq, Mədəniyyət və Həmrəylik Cəmiyyətinin təşkilatçılığı və Sürix Türk Musiqi Cəmiyyətinin iştirakı ilə baş tutan konsertdə diplomatik korpusun, Azərbaycan və türk icmalarının, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov iki tarixi yubileyin eyni vaxtda qeyd olunmasını əlamətdar hadisə kimi qiymətləndiriblər.

Səfir bir sıra mühüm tarixi hadisələri xatırladıb, ulu öndərin müasir dövlətimizin qurucusu olduğu barədə danışıb: “Azərbaycanla Türkiyə hər zaman – çətin günlərdə də, xoş günlərdə də birlikdə olmalıdır. Mənfur düşmənlərimizin bütün cəhdlərinə, təbiətin dağıdıcı sınaqlarına baxmayaraq, əsas məqsədimiz türk birliyini irəliyə, daha da gözəl gələcəyə aparmaqdır”.

Sədr müavini dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunan silsilə tədbirlər keçirdiyini və Sürix tədbirinin də bu qəbildən olduğunu qeyd edib.

V.Seyidbəyov Diasporla İş üzrə Dövlət Komitəsinin, diaspor təşkilatlarının türk icmaları ilə sıx işlədiyi barədə danışıb, diasporumuzun sistemli və mütəşəkkil fəaliyyətinin əsasının görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin Azərbaycan Prezidentinin tövsiyyələri, diqqət və qayğısı sayəsində uğurla davam etdiyini nəzərə çatdırıb.

Tədbirin bədii hissəsində Sürix Türk Musiqi Cəmiyyəti xorunun ifasında konsert proqramı təqdim edilib. Xormeyster Pınar Dönmezin rəhbərliyi ilə xorun və Türkiyədən gəlmiş sənətçilərin ifasında “Ölkəm”, “Ayrılıq”, “Neredesin sen”, “Yəmən türküsü”, “İncecikten bir kar yağar”, “Qubanın ağ alması”, “Sənə də qalmaz”, “Nazəndə sevgilim”, “Memleketim” və sair əsərlər səsləndirilib.

Tədbir çərçivəsində Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlər üçün ianə toplanıb.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/gorkemli-dovlet-xadimi-heyder-eliyevin-100-illiyi-surixde-qeyd-edilib-2559

 

 

REKLAM ALANI