DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Gürcüstan parlamentinin Komitə sədri Dövlət Komitəsində olub

Gürcüstan parlamentinin Komitə sədri Dövlət Komitəsində olub
REKLAM ALANI
15.03.2024
A+
A-

Gürcüstan parlamentinin Komitə sədri Dövlət Komitəsində olub

2024

Gürcüstan parlamentinin Komitə sədri Dövlət Komitəsində olub

 

 

 

 

Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri cənab Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Qonaqları salamlayan Komitə sədri Fuad Muradov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Komitənin fəaliyyət istiqamətləri, diaspor quruculuğu istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Hazırda ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın yüksək dinamikasının, Azərbaycanın müəllifi olduğu enerji və digər iqtisadi layihələrin regional inkişaf və sülhün möhkəmləndirilməsinə verdiyi töhfələrin arxasında ölkə rəhbərlərinin möhkəm iradəsinin dayandığı qeyd olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı həyata keçirilən layihələrdən söz açıb, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, mümkün assimilyasiya amillərinin aradan qaldırılmasının vacibliyini, Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı gənclərin ölkənin sosial-ictimai həyatında iştirakının yüksəldilməsinin zərurətini bildirib və bu istiqamətlərdə görülən işlər barədə danışıb.

Qonaqlara Azərbaycanlıların kompakt yaşadığı ərazilərdə fəaliyyət göstərən inteqrasiya mərkəzləri barədə ətraflı məlumat verilib. Tbilisi şəhərində və Kvemo-Kartlidə 5 mərkəzin fəaliyyət göstərdiyi, Azərbaycan, gürcü və digər dillərin tədris edildiyi, müxtəlif incəsənət və idman növlərinin öyrədildiyi, abituriyent hazırlığı aparıldığı və s. nəzərə çatdırılıb. Növbəti belə mərkəzin Rustavidə açılmasının planlaşdırıldığı bildirilib. Tbilisidəki “Qanun” Hüquq Mərkəzinin ötən il 1280 nəfər soydaşımıza hüquqi məsələlərlə bağlı kömək etdiyi qeyd olunub.

Givi Mikanadze səmimi qəbula görə təşəkkür edib, iki ölkə arasında çoxəsrlik dostluq, mehriban qonşuluq münasibətlərinin olduğunu bildirib. Gürcüstanlı qonaq azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası istiqamətində dövlət tərəfindən görülən işlər, gürcü dili ilə bağlı həyata keçirilən layihələr, azərbaycanlıların təhsil imkanlarının genişləndirilməsi barədə danışıb.

Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri səfər çərçivəsində müxtəlif dövlət qurumları ilə əməkdaşlıq məsələlərini müzakirə etdiklərini, Dövlət Komitəsinin də birgə əməkdaşlığa hazır olmasından məmnunluğunu ifadə edib.

Görüşdə Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze də iştirak edib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə komitə üzvü deputatlar Giorgi Sosiaşvili və Rostom Çxeidze, komitənin katibi Davit Giorgadze, komitə sədrinin köməkçisi Anatoli Korepanov daxildir.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/gurcustan-parlamentinin-komite-sedri-dovlet-komitesinde-olub-4390

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.