DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Hamilton şəhərində Azərbaycanın Dövlət bayrağının qaldırılması mərasimi və icma ilə görüş keçirilib

Hamilton şəhərində Azərbaycanın Dövlət bayrağının qaldırılması mərasimi və icma ilə görüş keçirilib
REKLAM ALANI
09.06.2024
A+
A-

Hamilton şəhərində Azərbaycanın Dövlət bayrağının qaldırılması mərasimi və icma ilə görüş keçirilib
, 2024
Hamilton şəhərində Azərbaycanın Dövlət bayrağının qaldırılması mərasimi və icma ilə görüş keçirilib
Kanadanın Hamilton şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

 

 

 

 

Hamilton Azərbaycan icmasının təşkilatçılığı ilə şəhərin “Siti Hol” mərkəzində baş tutan mərasimdə üçrəngli bayrağımız Azərbaycanın Dövlət Himninin sədaları altında səmaya ucaldılıb.

Soydaşlarımız Dövlət bayrağımızın fonunda xatirə şəkli çəkdiriblər.

Daha sonra Hamilton şəhərində ilk dəfə olaraq Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib.

Tədbir Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

“Hamilton Azərbaycan İcması”nın rəhbəri Cəmilə Rüstəmova Şephard çıxışında 28 May – Müstəqillik Gününün tarixi önəmini qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıb və Komitənin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O, yeni yaradılan “Hamilton Azərbaycan İcması” təşkilatına gələcək fəaliyyətində uğurlar arzu edib.

Kanada Azərbaycan Evinin icraçı direktoru, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova öz çıxışında Azərbaycan Evində “Şəhər Günləri” layihəsinin üzərində iş getdiyini bildirib. Layihə baş tutduğu zaman Hamiltonda yaşayan Azərbaycan icmasını da “Hamilton Günü”ndə görməkdən məmnunluq duyacağını diqqətə çatdırıb.

Daha sonra Hamilton şəhərində əsası qoyulmuş “Azərbaycan dili” məktəbinin yaradıcısı Validə Quliyeva və məktəbin müəllimi Elmira Doquşeva, Hamilton icmasının üzvü Şəbnəm Sevinc çıxış edib, fəaliyyətləri haqqında məlumat verib, müxtəlif fikir və təkliflər səsləndiriblər.

Tədbir çərçivəsində məktəbin şagirdləri Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyiblər. 2024-cü ildə Hamilton Musiqi Festivalının qalibi Kayra Sevinc skripkada ona qələbə gətirən musiqini (“The Farmer’s Market”-“Fermerin bazarı”) ifa edib.

Tədbir “Yallı” rəqsinin ifası ilə başa çatıb.

FOTO QALEREYA

 

 

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/hamilton-seherinde-azerbaycanin-dovlet-bayraginin-qaldirilmasi-merasimi-ve-icma-ile-gorus-kecirilib-4824

 

REKLAM ALANI