DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

İsveçrədəki icmamız Avropa Şurasının Baş katibindən ikili standartlara son qoymağı tələb edib

İsveçrədəki icmamız Avropa Şurasının Baş katibindən ikili standartlara son qoymağı tələb edib
REKLAM ALANI
03.08.2023
A+
A-

 

 

 

 

İsveçrədəki icmamız Avropa Şurasının Baş katibindən ikili standartlara son qoymağı tələb edib

 

 

2023
İsveçrədəki icmamız Avropa Şurasının Baş katibindən ikili standartlara son qoymağı tələb edib
İsveçrədə yaşayan Azərbaycan icması Laçın-Şuşa-Xankəndi yolu ətrafında yaranmış vəziyyətlə bağlı Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriçin mövqeyini sərt şəkildə pisləyib.

 

 

 

İsveçrə Azərbaycanlılarının Dostluq, Mədəniyyət və Həmrəylik Assosiasiyasının adından Avropa Şurasının Baş katibinə ünvanlanan bəyanatda bildirilib ki, onun böyük təəccüb və təəsssüflə qarşılanan 28 iyul 2023-cü il tarixli açıqlaması Avropa Şurasının Nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə zidddir.

Nəzərə çatdırılıb ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya blokadaya alınması və humanitar fəlakətlə üzləşməsi barədə deyilənlər Ermənistanın beynəlxalq ictimai rəyi çaşdırmaq üçün əl atdığı növbəti böhtan və cəfəngiyyatdır.

 

 

 

 

Azərbaycan dövlətinin, 30 illik işğala və məşəqqətlərə baxmayaraq, iki ölkə arasında bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşmasına dair baza prinsipləri və sülh müqaviləsi təklifi ilə çıxış etdiyi bir daha Baş katibə xatırladılıb.

 

 

 

 

Rəsmi Bakının sülh və normallaşma münasibətlərinə nail olmaq məqsədilə beynəlxalq hüquq normalarına uyğun şəkildə ardıcıl addımlar atması fonunda Ermənistanın isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli raşılaşmaya zidd olaraq təxribatlar törətməklə məşğul olduğu diqqətə çatdırılıb. Ermənistanın məsuliyyətsiz davranışının 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist də daxil olmaqla 303 nəfər azərbaycanlının Qarabağ bölgəsində mina qurbanına çevrilməsi ilə nəticələndiyi bildirilib.

Belə durumda Ermənistan tərəfinin bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayması siyasi şantaj və manipulyasiya, bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaq məqsədi kimi qiymətləndirilib.

Baş verən bütün təxribatlara görə məsuliyyətin Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşdüyü bəyan edilib.

 

 

 

 

 

İsveçrə Azərbaycanlılarının Dostluq, Mədəniyyət və Həmrəylik Assosiasiyası 80-ci illərin sonlarından etibarən Ermənistanın yol verdiyi bütün bəşəri və hərbi cinayətlərə (öz doğma yürdlarından zorla qovulmuş bir milyona yaxın azərbaycanlının çəkdiyi iztirablara, Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsinə, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamasına, Naxçıvan Muxtar Respublikasını 32 ildir blokadaya almasına, son üç il ərzində Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, kommunikasiyaların açılmasına mane olması) göz yuman bir sıra ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/isvecredeki-icmamiz-avropa-surasinin-bas-katibinden-ikili-standartlara-son-qoymagi-teleb-edib-3295

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.