DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Minnesotada təhsil alan soydaşımızın “Local Refugees” sənədli filmi Hindistanda nümayiş etdiriləcək

Minnesotada təhsil alan soydaşımızın “Local Refugees” sənədli filmi Hindistanda nümayiş etdiriləcək
REKLAM ALANI
31.12.2023
A+
A-

 

 

 

Minnesotada təhsil alan soydaşımızın “Local Refugees” sənədli filmi Hindistanda nümayiş etdiriləcək

2023

 

 

 

 

Minnesotada təhsil alan soydaşımızın “Local Refugees” sənədli filmi Hindistanda nümayiş etdiriləcək

 

 

 

Minnesota Dövlət Universitetində təhsil alan Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Şəmsi Tağıyevin “Local Refugees” (“Lokal Mühacirlər”) qısa sənədli filmi Hindistanın “Flame FirstCut 2024” beynəlxalq tələbə film festivalında iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, ekran əsəri bu ilin aprel ayında ilk dəfə Minnesota Dövlət Universitetinin Mankato şəhərində keçirilən “Bakalavriat Araşdırmaları Mərkəzi”nin simpoziumunda təqdim edilib. Münsiflərin yüksək qiymətləndirməsi sayəsində qrant mükafatını qazanan film sonra “Lift-Off Global Network Film Sessions”, “Hibulb Cultural Center Film Festival” və “Varsity Film Expo” kimi festivallarda uğurla nümayiş etdirilib.

Filmdə Amerika hökuməti ilə Amerika hinduları arasında 1862-ci ildə baş vermiş Dakota müharibəsinin ağrılı-acılı nəticələrindən sonra yerli xalqın və amerikalıların barışından bəhs edilib. Filmin ideya müəllifi Elizabet Sandell, direktor asistenti Amal Şarafxocayeva, layn-prodüsseri Ryuto Haşimotodur.

 

 

 

 

 

Xatırladaq ki, Şəmsi Tağıyev “Minnesota State University, “Mankato” Marş Orkestrinin rəsmi marşı müsabiqəsinin qalibidir. Bundan öncə isə Bakıda çəkilən “Tarix” (“The Date”) animasiya filminə musiqi bəstələyib. İkinci Qarabağ müharibəsindən sonra hazırlanmış ilk animasiya filminin təqdimatı 2 avqust 2022-ci ildə Azərbaycan Kinosu Günü münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub. Animasiya filmi Bakıdakı V “Animafilm International Animation Festival”ında, Hindistandakı XIX “Aakruti-My Creation International Film Festival”ında və Filippindəki “Batangas Balisong Film Festival”ında uğurla iştirak edib, Qazaxıstanın “Altın Saka” III beynəlxalq animasiya film festivalında III yerə layiq görülüb.

 

 

 

 

Mingəçevir şəhərində müəllim ailəsində dünyaya gələn Qarabağ əsilli soydaşımız Bakıdakı Azəf Zeynallı adına Musiqi Kollecini skripka ixtisası üzrə bitirib. Ölkəmizdə kino sahəsində çalışdıqdan sonra təhsilini ABŞ-da film musiqisi bəstəkarlığı, musiqi biznesi və film rejissorluğu ixtisasları üzrə davam etdirmək qərarına gəlib. Babası Neftun Tağıyev vaxtilə Mingəçevir Dövlət Dram Teatrının aktyoru olub və “Qəzəlxan” filmində çəkilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/minnesotada-tehsil-alan-soydasimizin-local-refugees-senedli-filmi-hindistanda-numayis-etdirilecek-4024

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.