DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Tbilisidə Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib

Tbilisidə Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib
REKLAM ALANI
12.05.2023
A+
A-

 

 

 

Tbilisidə Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib
, 2023

Tbilisidə Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib

Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü və azərbaycanlı siyasətçilər, mərkəzin müəllim və tələbələri iştirak ediblər.

“Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Dünyanın nüfuzlu siyasətçilərindən biri olan Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə davam edən tədbirdə gürcü siyasətçisi Levan Mamaladze, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Anar Rəsulov, politoloq Mübariz Qarayev və “Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova çıxış ediblər.

 

 

 

 

Heydər Əliyevin həm sovetlər dövründə, həm də müstəqilliyik illərində Azərbaycanın, Gürcüstanın, eləcə də bütövlükdə Cənubi Qafqazın inkişafında mühüm rol oynadığı, hakimiyyətə möhtəşəm dönüşü ilə Azərbaycan və Gürcüstan dövlətlərini məhv olmaqdan xilas etdiyi, Azərbaycan və Gürcüstan prezidentləri Heydər Əliyevlə Eduard Şevardnadze arasındakı möhkəm dostluq münasibətləri nəticəsində iki dost və qonşu ölkənin tarixin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxdığı vurğulanıb. Ulu öndərin Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıya, Azərbaycan səfirliyinin “Heydər Əliyev İli” çərşivəsində təşkil etdiyi tədbirlərə diqqət cəlb edilib. Ümummilli liderin tövsiyə və nəsihətlərini unutmadıqlarını söyləyən natiqlər onunla bağlı xatirələrini bölüşüblər.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Alyans” Gənclər Mərkəzinin layihəsi əsasında gürcü dilində dərc olunmuş “Heydər Əliyev – 100” kitabı təqdim edilib.

Tədbir çərçivəsində mərkəzin gənc rəssamlarının Heydər Əliyevə həsr etdikləri rəsm əsərləri nümayiş olunub.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/tbiliside-heyder-eliyevin-100-illiyi-munasibetile-tedbir-kecirilib-2931

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.