DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Xaricdə Yaşayan Azərbaycanlı Alimlər Xankəndi və Şuşaya səfər ediblər

Xaricdə Yaşayan Azərbaycanlı Alimlər Xankəndi və Şuşaya səfər ediblər
REKLAM ALANI
13.09.2024
A+
A-

Xaricdə Yaşayan Azərbaycanlı Alimlər Xankəndi və Şuşaya səfər ediblər
2024
Xaricdə Yaşayan Azərbaycanlı Alimlər Xankəndi və Şuşaya səfər ediblər

 

https://x.com/DiasporaAz/status/1834176932449042545

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Bakıda keçirilən Forumunun iştirakçıları Xankəndi və Şuşa şəhərlərinə səfər ediblər.

 

 

https://x.com/DiasporaAz/status/1834176932449042545

 

Xankəndi şəhəri ilə yaxından tanış olan soydaşlarımız daha sonra Qarabağ Universitetinin rektoru və kollektivi ilə görüşüblər. Universitetin rektoru Şahin Bayramov xaricdə yaşayan alimlərimizin Qarabağa səfərini yüksək qiymətləndirib, universitetin fəaliyyəti, müasir standartlara uyğunlaşdırılması barədə məlumat verib, gələcək planlardan danışıb. Xaricdə yaşayan alimlərlə Qarabağ Universiteti arasında elmi əməkdaşlığın qurulması, onların bilik və təcrübələrindən də istifadə olunması imkanları barədə fikir mübadiləsi aparıblar.

Xankəndi şəhərində xaricdə yaşayan azərbaycanlı alimlərin Prezident İlham Əlivevə müraciəti səsləndirilib.

Xaricdə Yaşayan Azərbaycanlı Alimlər Forumunun iştirakçıları bundan sonra Şuşaya yola düşüblər. Soydaşlarımız Şuşada aparılan yenidənqurma işləri ilə tanış olub, mədəniyyət paytaxtımızın tarixi məkanlarına baş çəkiblər.

Azərbaycanlı alimlər forumun öz işini Qarabağda davam etdirməsini və burada yekunlaşdırmasını tarixi hadisə adlandırıb, ölkəmizin gələcəyi naminə bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini, dünya elmi ilə Azərbaycan elmi arasında daha möhkəm körpülərin qurulmasına töhfələr verəcəklərini deyiblər. Xaricdə yaşayan azərbaycanlı alimlər Qarabağ Universitetinin rəhbər heyəti ilə görüşün onlar üçün əvəzolunmaz xoşbəxtlik olduğunu, yaddaşlarında silinməz izlər qoyduğunu, bu səfərin mahiyyətini daha da dərinləşdirdiyini vurğulayıblar.

Qeyd edək ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu sentyabrın 9-da Bakı şəhərində işinə başlayıb. Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı elm xadimi iştirak edib.

Foto qalereya

 

 

https://x.com/DiasporaAz/status/1834176932449042545

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/xaricde-yasayan-azerbaycanli-alimler-xankendi-ve-susaya-sefer-edibler-5068

 

 

https://x.com/DiasporaAz/status/1834176932449042545

, , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

REKLAM ALANI