Xaricdəki həftəsonu məktəblərinin fəaliyyəti müzakirə olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycana səfərləri çərçivəsində İsveç və Fransada yaşayan diaspor fəalları ilə görüşüb.
📌https://t.co/TQZd4KdK7y pic.twitter.com/Vt324duxyZ
— Azerbaijani Diaspora (@DiasporaAz) November 30, 2022
Xaricdəki həftəsonu məktəblərinin fəaliyyəti müzakirə olunub
2022

Komitə sədri Malmö Kültür Ocağının sədri Əjdər Tağızadə, “Ərk” İnsan Haqları Təşkilatının rəhbərləri Maşallah Rəzmi və Jalə Təbrizlini salamlayaraq, onları dünya azərbaycanlılarının vahid mərkəzinə çevrilən paytaxt Bakıda görməkdən məmnun olduğunu söyləyib.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında aparılan ardıcıl və sistemli fəaliyyət nəticəsində bu gün dünya azərbaycanlılarının möhkəm birliyinə nail olunmasından söz açılıb, bu sahədə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat verilib.
Qonaqlar bildiriblər ki, Azərbaycanın sərhədlərindən kənarda yaşayan milyonlarla soydaşımızın ürəyi bu gün doğma vətəni ilə döyünür, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra isə onlar azərbaycanlı olmaqla qürur duyurlar. Diasporumuzun son illər müxtəlif sahələrdə nailiyyətlər əldə etməsindən, xüsusilə dünya ictimaiyyətinin məlumatlandırılmasında əvəzsiz rol oynamasından məmnunluqla bəhs olunub.
Görüşlərdə xaricdəki yeni nəsil azərbaycanlıların tariximizi, ana dilimizi mükəmməl bilməsi üçün atılan addımlar, sayı günü-gündən artan həftəsonu məktəbləri barədə fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin Zəfər Qurultayındakı nitqində soydaşlarımıza bu istiqamətdə verdiyi tövsiyələrinin xüsusi əhəmiyyəti barədə danışılıb, diaspor təşkilatlarının fəaliyyətinə və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
kaynak:http://diaspor.gov.az/az/news-detail/xaricdeki-heftesonu-mekteblerinin-fealiyyeti-muzakire-olunub-2016